BAYRAQDAR MEDİA – 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə “Köhnə çamadanlar” bədii filmi qardaş Türkiyənin Adana şəhərində nümayiş olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “nümayişdən sonra filmin ssenari müəllifi və quruluşçu rejissoru Saida Haqverdiyevaya Türkiyə Daxili İşlər Nazirliyi və Polis Həyat Yoldaşları Dərnəyi tərəfindən təsis edilən “2026-cı il Qlobal Sülhə Töhfə Mükafatı” təqdim olunub. Eyni zamanda, ekran əsərinin yaradıcı heyət üzvlərinə xüsusi plaketlər təqdim edilib. Qardaş ölkənin millət vəkillərinin, ictimai xadimlərinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin, eləcə də şəhid və qazi ailələrinin iştirak etdiyi tədbirdə çıxış edən Milliyyətçi Hərəkat Partiyası sədrinin müavini, Ankara millət vəkili Mevlüt Karakaya Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq münasibətlərinin, ortaq yaddaş və taleyin olduğunu bu cür mədəni tədbirlər vasitəsilə bir daha təsdiqləndiyini bildirib. Polis Həyat Yoldaşları Dərnəyinin Adana Şöbə sədri Sanem Arıkan isə filmi böyük duyğular içində izlədiyini bildirib. O, Qarabağ uğrunda canından keçən şəhidlərin əziz xatirəsini yad edib, qazilərə və onların ailələrinə ehtiramını bildirib”.
Daha sonra xəbərdə, “sonda söz alan S.Haqverdiyeva bildirib ki, “Köhnə çamadanlar” müharibəyə məcbur edilmiş sadə insanların, xüsusilə qadınların həyat hekayələri əsasında ərsəyə gəlib. Müəllifin sözlərinə görə, ekran əsəri savaşın insan talelərində buraxdığı ağır izləri, itkiləri və ümidləri bədii dillə tamaşaçıya çatdırır. Film həm Qarabağ həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması, həm də Azərbaycan-Türkiyə qardaşlığının möhkəmləndirilməsi baxımından mühüm mədəni hadisədir” deyə vurğulanır.






İlk şərhi yaza bilərsiniz