BAYRAQDAR MEDİA – “Biz qardaş Azərbaycanla əlaqlərə yüksək dəyər veririk. Həmçinin, universitetimizdə daha çox azərbaycanlı tələbənin təhsil almasında maraqlıyıq. Bunun üçün bizim tərəfdən lazım olan bütün addımlar atılır”.
Bunu BAYRAQDAR MEDİA-ya müsahibəsində – Kuzey Kıbrıs Türk Cümhuriyyətində fəaliyyət göstərən Rauf Denktaş Universitetinin Beynəlxalq Əlaqələr Bölümünün rəhbəri Erol Güven deyib. Onunla müsahibəni yaxın günlərdə təqdim edəcəyik.
E.Güven bildirib ki, KKTC-nin qurucu Cümhurbaşqanı Rauf Denktaşın adını daşıyan universitetdə təhsil alan azərbaycanlı tələbələrin qərarlılığı, xarakteri və türk dünyasına olan yaxınlığı həqiqətən yüksək qiymətləndirilir: “Bundan əlavə, soydaş olmağımızdan irəli gələn təbii bir yaxınlıq var. Bir-birimizi daha asan anlayırıq. Biz tələbələrimizin istək və gözləntilərinə böyük önəm veririk. İstəyirik ki, tələbələrimiz məzun olduqdan sonra da bizimlə əlaqələrini davam etdirsinlər. Çünki universiteti ən yaxşı təmsil edən onun tələbələridir”.






İlk şərhi yaza bilərsiniz