Press "Enter" to skip to content

Xeyriyyəçi iş adamı anılıb

Tədbirdən bir an

BAYRAQDAR MEDİA – Erciyes Universitetində xeyriyyəçi iş adamı mərhum Asım Kibar anılıb.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, tədbirdə universitet rəhbərliyi, akademik heyət və Kibar Holding nümayəndələri iştirak edib.

Çıxışlarda Asım Kibarın Türkiyəyə nümunəvi bir xeyriyyəçi olduğu vurğulanıb.

Onun dəstəyi ilə qurulan Semiha Kibar Orqan Nəqli və Dializ Xəstəxanasının minlərlə xəstəyə şəfa verdiyi qeyd olunub.

Mission News Theme by Compete Themes.