BAYRAQDAR MEDİA – Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət Prezident İlham Əliyevin söylədiyi “Bizim ailəmiz Türk dünyasıdır, başqa ailəmiz yox” sözlərinin ruhunda məzuniyyət törəni keçirdib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən daxil olub.
Xəbərdə deyilir ki, “Hal-hazırda dünyada 7 müstəqil türk dövləti var. Bu yeddi rəqəmi həm də bu il bizim məktəbi bitirən 11-ci siniflərin sayıdır. Biz də düşündük ki, 7-ləri rəmzləşdirək. O baxımdan hər məzun sinfimizə rəmzi olaraq 7 müstəqil türk dövlətindən birinin adını verərək meydana səslədik. Aşağıdakı sırayla 11-lərin adlarını çəkərək sinifləri tək-tək dəvət etdik.
Kuzey Kıbrıs Türk Cümhuriyyəti – XI ə
Qazaxıstan – XI e
Qırğızıstan – XI d
Özbəkistan – XI ç
Türkmənistan -XI c
Türkiyə – XI b
və əlbəttə ki, XI a – Azərbaycan!
XI sinif məzunları Türk dövlətlərinin bayraqlarını “Türk marşı”nın sədası altında bu il məktəbimizin I sinfinə gələcək və hazırda I sinifdə təhsil alan şagirdlərə böyük sayğı və ehtiramla ötürdülər”.
Bildirilib ki, “məktəbin məzunları ənənəvi məzuniyyət sevincini mənəvi dəyərlərlə birləşdirərək “1 məzun – 1 kitab” aksiyasına da qoşuldular. Məktəb direktoru Almaz Həsrətin bu təşəbbüsləri gənclər arasında vətənpərvərlik, mütaliə mədəniyyətinin təşviqi, kitab sevgisinin aşılanması və maariflənmənin dəstəklənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Şagirdlərin hər birinin kitab hədiyyə etməsi onların biliyə, elmə və mənəvi inkişafına verdikləri önəmin göstəricisidir. Kitab oxumaq həm sağlam düşüncəli gənc nəslin yetişməsinə, həm də vətəninə, xalqına faydalı, əsl Azərbaycan vətəndaşlarının formalaşmasına töhfə verir. “1 məzun – 1 kitab” layihəsi məktəb həyatından yeni mərhələyə qədəm qoyan məzunların gələcək nəsillərə qoyduğu dəyərli bir töhfə kimi yadda qalacaq”.
@azerhasretYedi Devlet – Tek Millet! Bizim ailemiz Türk Dünyasıdır! Başka ailemiz yok! #türkdünyası🇹🇷🇦🇿🇺🇿🇹🇲🇰🇿🇰🇬 #bozkurtlar #azerbaycan♬ Originalton – Azer Hasret – Azər Həsrət










İlk şərhi yaza bilərsiniz