BAYRAQDAR MEDİA – Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında iyunun 18-də açıq Bakı birinciliyi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Federasiyadan daxil olub.
Xəbərdə qeyd edilir ki, “birincilikdə Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparıb. Yarışlar üç yaş kateqoriyası üzrə (2008–2009, 2010–2011, 2012–2013) oğlan və qızlar arasında keçirilib. İştirakçılar akademik avarçəkmə və kanoe növündə birnəfərlik, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafədə birincilik uğrunda yarışıblar”.
Qaliblər diplom və medallarla mükafatlandırılıblar.






İlk şərhi yaza bilərsiniz