Press "Enter" to skip to content

Pakistanın İqtisadi İşlər Nazirliyinin katibi ilə görüş keçirilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Pakistan İslam Respublikasının İqtisadi İşlər Nazirliyinin katibi Muhammad Humair Karim ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər dost və qardaş ölkələr arasında mövcud tərəfdaşlığın iqtisadi sahədə daha da genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı qarşılıqlı maraq doğuran sahələrdə birgə təşəbbüslərin dəstəklənməsinin və iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.