BAYRAQDAR MEDİA – Dünyanın ən bahalı ədviyyatlarından hesab olunan zəfəran yüksək qiyməti və çətin istehsal prosesi ilə diqqət çəkir. Keyfiyyətindən asılı olaraq onun bir qramının qiyməti 10-12 dollar arasında dəyişir və buna görə də “qırmızı qızıl” adlandırılır.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumatda deyilir ki, bir kiloqram quru zəfəran əldə etmək üçün təxminən 150 min çiçəyin əl ilə toplanması tələb olunur: “Məhsulun istehsalında texnikadan istifadə mümkün olmadığından bütün proses insan əməyinə əsaslanır və bu da yüzlərlə saatlıq zəhmət tələb edir. Məhdud yığım mövsümü və yüksək əmək xərcləri zəfəranın dəyərini daha da artırır”.
Mütəxəssislər bu sahənin gələcəyinin birbaşa istehsalçıların əməyi ilə bağlı olduğunu vurğulayırlar.






İlk şərhi yaza bilərsiniz