BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri üçün tibbi müayinələr təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “SXA ilə TƏBİB-in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən bu təşəbbüsün məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, erkən tibbi müdaxilə imkanlarının artırılması və sağlam həyat tərzi ilə bağlı maarifləndirmənin gücləndirilməsidir. Əməkdaşlıq çərçivəsində Respublika Pediatriya Mərkəzi tərəfindən Agentliyinin Uşaq evi sosial xidmət müəssisələrinə silsilə səfərlər təşkil olunub. Mərkəzin həkim briqadaları tərəfindən 3-18 yaş arası uşaqlar müxtəlif ixtisaslar üzrə tibbi müayinələrdən keçirilib”.
Sonra xəbərdə, “müayinələr pediatr, nevroloq, loqoped, oftalmoloq, kardioloq, stomatoloq və digər dar ixtisaslı həkimlər tərəfindən birbaşa uşaq evlərində aparılıb. Tibbi baxış zamanı uşaqların sağlamlığı ilə bağlı fiziki müayinələr və funksional qiymətləndirmələr edilib və müalicə-profilaktik tövsiyələr verilib. Eyni zamanda, uşaqların cari sağlamlıq göstəriciləri nəzərə alınaraq onlara qulluq, fiziki aktivliyin tənzimlənməsi və ünsiyyətin qurulması istiqamətində tərbiyəçilərlə maarifləndirici söhbətlər edilib. Müayinələrin nəticələri müvafiq qaydada qeydiyyata alınıb, ehtiyac yarandığı hallarda uşaqların əlavə müayinə və müalicə üçün aidiyyəti tibb müəssisələrinə yönləndirilməsinə dəstək göstərilib. 200-dən çox uşağı əhatə edən tibbi aksiyanın mütəmadi həyata keçirilməsi nəzərdə tutulur” deyə qeyd edilir.










İlk şərhi yaza bilərsiniz