BAYRAQDAR MEDİA – Qırğızıstanda fəaliyyət göstərən nüfuzlu Çingiz Aytmatov adına Beynəlxalq İssık Kul Forumunun baş katibi, jurnalist və xeyriyyəçi, Bişkekdə fəaliyyət göstərən Azərbaycanın Dostları Klubunun prezidenti Assol Moldokmatova Azərbaycan Mətbuat Şurasında olub.
Xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Mətbuat Şurasından daxil olub.
Xəbərdə deyilir ki, “MŞ sədri Rəşad Məcid qonağı salamlayaraq iki ölkə mediası arasındakı münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. Görüşdə Azərbaycanla Qırğızıstanın ədəbi-mədəni əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb, iş birliyi imkanları nəzərdən keçirilib. A.Moldokmatova bildirib ki, MŞ İdarə Heyətinin üzvü Azər Həsrət uzun illərdir Qırğızıstan-Azərbaycan ortaq ictimai rəyində səmərəli fəaliyyət göstərir, iki qardaş ölkə xalqları arasında etimadın möhkəmləndirilməsinə, həmçinin, media və vətəndaş cəmiyyəti sahəsindəki inteqrasiya proseslərinə töhfələr verir, buna görə Çingiz Aytmatov adına Beynəlxalq İssık Kul Forumunun “Çingiz Aytmatov” medalına layiq görülüb. A.Moldokmatova medalı A.Həsrətə təqdim edib”.

Qeyd edilib ki, “görüşdə MŞ-nin Nəzarət-Təftiş Komissiyasının katibi, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Nadir Azəri də iştirak edib”.






İlk şərhi yaza bilərsiniz