Press "Enter" to skip to content

NATO-nun Mobil Təlim Qrupunun kursu

NATO-nun Mobil Təlim Qrupunun kursu

BAYRAQDAR MEDİA – Müdafiə Nazirliyi (MN) və NATO arasında 2026-cı il üçün “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na əsasən Bakıda NATO Quru Qoşunları Komandanlığının Mobil Təlim Qrupu tərəfindən kurs keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “hərbi qulluqçulara NATO-nun Mobil Təlim Qrupu tərəfindən “NATO-da təlim planlaşdırılması”, “NATO standartlarında təlimlərin aparılması, məqsədlərin seçilməsi” və digər mövzularda brifinqlər təqdim edildikdən sonra qrup və fərdi şəkildə məşğələlər təşkil olunub. Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi İdarəetmə Kursunun dinləyicilərinin cəlb olunduğu kursun əsas məqsədi hərbi qulluqçuların nəzəri və praktiki biliklərinin dövrün tələblərinə uyğun artırılması, müasir texnoloji həll üsul və vasitələrinin tətbiqinin tədris edilməsi, həmçinin iştirakçılara bu sahədə NATO standartları və prosedurlarının öyrədilməsidir”.

Qeyd edək ki, kurs iyulun 2-dək davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.