Press "Enter" to skip to content

Xarici dillərlə bağlı mərkəz istifadəyə verilib

Celal Bayar Universiteti

BAYRAQDAR MEDİA – Manisa Celal Bayar Universitetində Xarici Dillər Tədrisi və Rəqəmsal İmtahan Mərkəzinin açılışı olub. Müasir texnoloji avadanlıqlarla təchiz edilən mərkəz xarici dil tədrisi və rəqəmsal imtahanların keçirilməsi üçün nəzərdə tutulub.

Universitet rəhbərliyi bildirib ki, yeni mərkəz həm tələbələrə, həm də ictimaiyyətə göstərilən təhsil xidmətlərinin keyfiyyətini artıracaq. Burada dil kursları, sertifikat proqramları və milli və beynəlxalq standartlara uyğun rəqəmsal imtahanlar təşkil ediləcək.

Açılışdan sonra iştirakçılar laboratoriya ilə tanış olublar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.