Press "Enter" to skip to content

Daha bir uğur

Tədbirdən foto

Azərbaycan UNECE-nin Komitə Bürosunun rəhbərliyində təmsil olunur

BAYRAQDAR MEDİA – Cenevrədə keçirilən BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) İnnovasiya, Rəqabətlilik və Dövlət-Özəl Tərəfdaşlığı üzrə Komitəsinin (CICPPP) 19-cu sessiyası çərçivəsində Azərbaycan 2026–2028-ci illər üzrə Komitə Bürosunun rəhbər heyətində təmsil olunmaq hüququ qazanıb. Belə ki, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Türkan Vüsət Komitə Bürosunun sədr müavini vəzifəsinə seçilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Komitə Bürosunun rəhbər heyətində təmsil olunmaqölkəmizin dövlət-özəl tərəfdaşlığı sahəsində beynəlxalq standartların hazırlanması prosesində iştirakına imkan yaradır. Eyni zamanda,ölkəmizin beynəlxalq ekspert şəbəkələri ilə əməkdaşlığının genişlənməsinə, qabaqcıl metodologiyalar və uğurlu təcrübələrin ölkəmizdə tətbiqinə, eləcə də dövlət-özəl tərəfdaşlığı üzrə milli institusional və hüquqi çərçivənin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə töhfə verəcək. Eləcə də, Azərbaycanındövlət-özəl tərəfdaşlığı sahəsindəki fəaliyyətinin beynəlxalq platformada təbliği üçün imkan yaranır ki, bu da xarici investorlar və inkişaf tərəfdaşları ilə yeni layihələrin reallaşdırılmasını stimullaşdırır.

Qeyd edək ki, BMT-nin Avropa İqtisadi Komissiyasıiqtisadi əməkdaşlıq, ticarət, nəqliyyat, enerji, ətraf mühit, innovasiya və dövlət-özəl tərəfdaşlığı kimi sahələrdə beynəlxalq standartların, tövsiyələrin formalaşdırılmasında mühüm rol oynayan nüfuzlu regional təşkilatlardan biridir.
İnnovasiya, Rəqabətlilik və Dövlət-Özəl Tərəfdaşlığı üzrə Komitə UNECE-nin İqtisadi Əməkdaşlıq və İnteqrasiya altproqramı çərçivəsində fəaliyyət göstərir və dövlət-özəl tərəfdaşlığı, innovasiya siyasəti, rəqabətlilik və dayanıqlı iqtisadi inkişaf istiqamətlərində beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir. Qurum dövlət-özəl tərəfdaşlığı üzrə beynəlxalq standartların, model qanunların və metodoloji sənədlərin hazırlanmasına rəhbərlik edən əsas platformalardan hesab olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.