Press "Enter" to skip to content

Bakıda İBA Çempionlar Gecəsi olacaq

Bakıda İBA Çempionlar Gecəsi olacaq

BAYRAQDAR MEDİA – İyulun 10-da Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından daxil olub.

Xəbərdə deyilir ki, “ilk dəfə “Sea Breeze Resort” təşkil olunacaq yarışda dünyanın güclü boksçularının iştirakı ilə 6 döyüş baş tutacaq. Bu görüşlərin 5-də Azərbaycan idmançıları təmsil olunacaq. 47,6 kq-da dünya çempionumuz Sübhan Mamedov Riçard Qardla (Filippin) üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (70 kq) Səidcəmşid Cəfərov (72,6 kq) müvafiq olaraq, Nurtas Ajbenov (Qazaxıstan) və Nikolay Veselov (Belarus) ilə qarşılaşacaq”.

Sonra xəbərdə, “Avropa Oyunlarının üçüncüsü Tayfur Əliyev (60 kq) Xurşidbek Rasuljonovla (Özbəkistan), Dünya kubokunun yarımfinalçısı Nəbi İsgəndərov (70 kq) Hikmət Qarayevlə (Rusiya) gücünü yoxlayacaq. Boksçularımızın hər birinin döyüşü 6 raunddan ibarət olacaq. Digər görüşdə isə Çeerav Aşalayevlə (Rusiya, 76,2 kq) Mixail Dolqolevets (Belarus) münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşma 8 raund davam edəcək” deyə bildirilir.

Qeyd edək ki, İBA Çempionlar Gecəsi saat 19:00-da başlayacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.