BAYRAQDAR MEDİA – Oktyabrın 3-də Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı start götürəcək. 9 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından daxil olub.
Xəbərdə deyilir ki, “məşqçilər korpusu yarışda Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq), Leyla Mahmudlu (52 kq), Alsu Yafarova (54 kq), Cəmilə Muradlı (57 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq), Xumar Cəfərli (+80 kq), Həsrət Məmmədov (46 kq), Nihad Məmmədli (48 kq), Vaqif Məmmədli (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Qardaş Rəhimov (54 kq), Məhəmmədəli İstamov (57 kq), Əli Abaslı (60 kq), Məhəmmədəli Rüstəmov (63 kq), Yusif Həsənli (66 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq), Şükar Əliyev (80 kq) və Mehran Rəsulova (+80 kq) güvənəcək. Avropa çempionatında Anar Nağdıyev və Qalib Əbiyev isə ölkəmizi hakim kimi təmsil edəcəklər”.
Qeyd edək ki, yarışda 40 ölkənin 500-dək boksçusunun iştirakı gözlənilir. Budvaya oktyabrın 1-də yollanacaq boksçular ayın 12-də Bakıya qayıdacaqlar.






İlk şərhi yaza bilərsiniz