Press "Enter" to skip to content

FIFA prezidenti Bakıda

FIFA prezidenti Bakıda

BAYRAQDAR MEDİA – Sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantino tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-ya hazırlıq çərçivəsində Azərbaycana səfərə gəlib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “səfər çərçivəsində AFFA-nın prezidenti Rövşən Nəcəf və C.İnfantino FIFA U-15 Dünya Çempionatı və Festivalının oyunlarının keçiriləcəyi Hövsan qəsəbəsində inşa olunan futbol bazasında olublar. FIFA prezidentinə 10 futbol meydançasından ibarət kompleksdə tikinti işlərinin gedişatı və yarışa hazırlıq prosesi barədə ətraflı məlumat verilib. AFFA FIFA-nı və Canni İnfantinonu tam dəstəkləyir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.