BAYRAQDAR MEDİA – Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi münasibətilə iyulun 5-də Azərbaycan Dəmiryol Muzeyində saat 10:00-dan 18:00-dək “Açıq qapı” günü keçiriləcək.
Bu barədə ADY-dən məlumat verilib.
Məlumata görə, tədbir çərçivəsində ziyarətçilər ölkədə elektrikləşdirilmiş dəmir yollarının bir əsrlik inkişaf yolunu əks etdirən fotosərgi ilə yanaşı, muzeyin zəngin eksponatlar kolleksiyası ilə də tanış ola biləcəklər.
Qeyd edək ki, tədbirdə iştirak ödənişsiz olacaq və muzeyə giriş sərbəstdir.






İlk şərhi yaza bilərsiniz