Press "Enter" to skip to content

Ahıllar “Yanardağ”ı ziyarət edib

Ahıllar "Yanardağ"ı ziyarət edib

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri üçün “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “iştirakçılar qoruq ərazisində əsrlərdir sönmədən yanan təbii qaz alovları və muzeylə tanış olublar, bu unikal təbiət abidəsinin tarixi və mədəni əhəmiyyəti barədə ətraflı məlumat əldə ediblər. Ahılların asudə vaxtının səmərəli təşkili məqsədi ilə keçirilən ekskursiya böyük maraqla qarşılanıb və xoş təəssüratlarla yadda qalıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.