Press "Enter" to skip to content

“ASAN xidmət”in innovasiyaları BMT-nin Qazaxıstan tədbirində

BAYRAQDAR MEDİA – İyulun 1-də Qazaxıstanın Almatı şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Orta Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı çərçivəsində “Davamlı inkişaf naminə innovasiya və texnologiyalar” üzrə İşçi Qrupunun yeddinci sessiyası keçirilib. Tədbir BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası və Avropa İqtisadi Komissiyası tərəfindən təşkil olunub.

“ASAN xidmət”dən verilən məlumata görə, məqsəd dövlət xidmətlərində innovasiya və texnologiyalar sahəsində regional əməkdaşlığın gücləndirilməsi, qabaqcıl idarəetmə üzrə siyasət dialoqunun təşviqi, 2025–2026-cı illər ərzində görülmüş işlərin qiymətləndirilməsi və 2026–2027-ci illər üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi, BMT-nin Asiya-Sakit Okean İnformasiya Supermagistralı Rəhbər Komitəsinin Qabaqcıl Texnologiyalar və Ağıllı Dövlət Xidmətləri İşçi Qrupunun sədri Semral Əliyev ağıllı dövlət xidmətləri, vətəndaşyönümlü idarəetmənin uğurlu nümunəsi olan “ASAN xidmət” modeli, dövlət xidmətlərində tətbiq olunan süni intellekt həlləri, eləcə də açıq innovasiya platforması olan “ASAN AI Hub” barədə üzv dövlətlərin nümayəndələrinə təqdimat edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.