Press "Enter" to skip to content

Assol Moldokmatovaya CASCFEN-in Diplomu təqdim edilib

Diplom təqdimatından xatirə fotosu

BAYRAQDAR MEDİA – Azərbaycanın dəyərli dostu, Qırğızıstan Respublikasının Əməkdar mədəniyyət xadimi, Beynəlxalq Xalq Diplomatiyası Assosiasiyasının vitse-prezidenti, Azərbaycanın Dostları Klubunun və ASSOL Fondunun prezidenti Assol Moldokmatova yenidən ölkəmizdə səfərdədir. Səfər çərçivəsində “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri qonaqla görüşüb.

Bu barədə CASCFEN-in Mətbuat xidmətindən məlumat verilib.

Təqdimat zamanı
Təqdimat zamanı

Məlumatda deyilir ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrətin iştirakı ilə keçirilən görüşdə CASCFEN sədri qonağı təşkilatın fəaliyyəti və Türk dünyası ilə əlaqlərə verilən önəm barədə ətraflı məlumatlandırıb.

Görüşdə həmçinin, Assol Moldokmatovaya CASCFEN-in Diplomu təqdim edilib.

Nadir Azəri deyib ki, Diplom Assol Moldokmatovaya Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında media sahəsində əlaqələrin inkişafına və dostluq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi dəyərli töhfələrə görə təqdim olunur.

A.Moldokmatova öz növbəsində yüksək diqqətə və dəyərə görə CASCFEN-ə təşəkkür edib.

Görüşdə CASCFEN-nin avqustun 1-dən icrasına başlayacağı “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” adlı layihəsi barədə də fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.