BAYRAQDAR MEDİA -ODTÜ-nün Akademik Performansa Görə Universitet Reytinqləri (URAP) laboratoriyasının açıqladığı nəticələrə əsasən, Iğdır Universiteti tibb fakültəsi olmayan dövlət universitetləri arasında son üç ildə 41-ci yerdən 28-ci yerə yüksəlib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, universitet xüsusilə doktorantura proqramları, TÜBİTAK layihələri və elmi istinad göstəricilərinə görə yüksək nəticələr əldə edib.
Rektor Ekrem Gürel bildirib ki, bu uğur düzgün strategiya və ardıcıl əməyin nəticəsidir. Onun sözlərinə görə, universitet gələcəkdə beynəlxalq əməkdaşlığı və ortaq elmi nəşrləri daha da genişləndirərək reytinqini yüksəltməyi hədəfləyir.






İlk şərhi yaza bilərsiniz