BAYRAQDAR MEDİA – Anadolu Universitetinin Dövlət Konservatoriyasının Musiqi və Balet Orta Məktəbi ilə Musiqi və Səhnə Sənətləri Liseyinin 2025–2026-cı tədris ili üzrə məzuniyyət mərasimi keçirilib. Tədbirdə universitet rəhbərliyi, müəllimlər, tələbələr və valideynlər iştirak ediblər.
Bu barədə universitedən məlumat verilib.
Bildirilib ki, rektor Yusuf Adıgüzel çıxışında sənət təhsilinin yalnız peşə deyil, həm də insani dəyərlər qazandırdığını vurğulayıb.
Konservatoriyanın direktoru Hüseyn Bülənt Akdəniz isə məzuniyyətin yeni həyat mərhələsinin başlanğıcı olduğunu bildirib.
Tədbirdə təhsil və sənət sahəsində fərqlənən müəllim və tələbələr mükafatlandırılıb, məzunlara diplomlar təqdim edilib.
Mərasim tələbələrin ənənəvi papaqlarını havaya atması ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz