Press "Enter" to skip to content

Mübarizə tədbirləri davam edir

Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material Baş Prokurorluğa göndərilib

BAYRAQDAR MEDİA – Əvvəlki dövrdə olduğu kimi 2026-cı ilin 6 ayı ərzində də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.

Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 6 ayda 88 nəfərlə bağlı material Baş Prokurorluğa göndərilib.

Dövlət Xidməti 2026-cı ilin ilk altı ayı üzrə fəaliyyətinin nəticələrində əks olunduğu məlumatda qeyd edilib ki, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı 75 əməkdaş, o cümlədən 42 rəhbər vəzifəli şəxs barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

Bundan başqa, 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 48 fakt üzrə 88 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.