Press "Enter" to skip to content

Türkiyə MMU-nun nümayəndə heyətinin səfəri davam edir

Türkiyə MMU-nun nümayəndə heyətinin səfəri davam edir

BAYRAQDAR MEDİA – Türkiyənin Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-leytenant Burhan Aktaşın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “səfər çərçivəsində türkiyəli qonaqlar Azərbaycan Hərbi Dəniz Qüvvələrin (HDQ) komandanı kontr-admiral Şahin Məmmədov ilə görüşüblər. Görüş çərçivəsində nümayəndə heyətinə HDQ-nin tarixi, fəaliyyəti, döyüş hazırlığı və kadrların peşəkar inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib, maraq doğuran suallar cavablandırılıb. B.Aktaş xatirə kitabına ürək sözlərini yazıb. HDQ-nin N hərbi hissəsinə gələn nümayəndə heyəti burada dəniz xüsusi təyinatlılarının silah və texniki vasitələri ilə tanış olub”.

Daha sonra xəbərdə, “plana uyğun olaraq türkiyəli qonaqlar Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda olublar. Nümayəndə heyətinə tədris prosesi barədə məlumat verilib. Qonaqlar təhsil müəssisəsinin ərazisi və inzibati binalarında yaradılan şəraitlə tanış olub, burada təhsil alan türkiyəli kursantlarla görüşüb, onların tədris prosesi, sosial-məişət şəraiti və ümumi hazırlıq səviyyələri ilə maraqlanıblar” deyə qeyd edilir.

Xəbərdə həmçinin bildirilir ki, “daha sonra türkiyəli nümayəndələr MMU-nun Hərbi İdarəetmə İnstitutunun Hərb oyunları mərkəzini ziyarət ediblər. Türkiyəli qonaqlara mərkəzdə icra olunan fəaliyyətlər və Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində mövcud olan əməkdaşlığa dair brifinq təqdim olunub. Görüşlərin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə fotoları çəkdirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.