Press "Enter" to skip to content

Azərbaycan Dəmiryol Muzeyində “Açıq qapı” günü

Muzeydən foto

BAYRAQDAR MEDİA – Azərbaycan Dəmiryol Muzeyində dəmir yollarının elektrikləşdirilməsinin və tarixi “Sabunçu Vağzalı” binasının 100 illiyi münasibətilə keçirilən “Açıq qapı” günü böyük ziyarətçi axını ilə yadda qalıb.

Bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, uşaqdan böyüyə yüzlərlə ziyarətçi ekektrikləşmənin və binanın unikal tarixinə həsr edilmiş unikal fotosərgi və muzeyin kolleksiyası ilə tanış olublar.

Ziyarətçilərə bu əlamətdar tarixi yaddaşlarda yaşadacaq xatirə hədiyyələri təqdim olunub.

Mission News Theme by Compete Themes.