Press "Enter" to skip to content

Rektordan vacib təklif

Prof. Dr. A. Vecdi Can

Prof. Dr. A. Vecdi Can: Ən azı fəxri konsulluqların mövcudluğu Quzey Makedoniya ilə türk dövlətləri arasında təhsil və elmi əməkdaşlığın inkişafına töhfə verə bilər

BAYRAQDAR MEDİA – “Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən universitetimizdə təhsil alan tələbələrin sayı təxminən 350 nəfərdir. Lakin bu rəqəmin böyük hissəsini Türkiyədən gələn tələbələr təşkil edir. Türkiyə xaricindən gələn tələbələrin sayı hələ ki, çox azdır. Ümid edirik ki, qarşıdakı illərdə bu göstərici daha da artacaq. Bunun üçün türk dövlətlərinə səfərlər edir, müxtəlif fəaliyyətlər həyata keçiririk”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Quzey Makedoniyada fəaliyyət gösətərən Uluslararası Vizyon Üniversitetinin rektoru Prof. Dr. A. Vecdi Can deyib. Müsahibə yaxın günlərdə oxuculara təqdim ediləcək.

Rektor bildirib ki, bu məsələdə Türkiyə istisna olmaqla digər ölkələrin vətəndaşlarına tətbiq edilən viza rejimi müəyyən çətinlik yaradır: “Bundan əlavə, Quzey Makedoniyada hazırda yalnız Türkiyə və Qazaxıstanın səfirlikləri fəaliyyət göstərir. Eyni şəkildə, Quzey Makedoniyanın da həmin iki ölkədən başqa digər Türk dövlətlərində hələlik rəsmi diplomatik nümayəndəlikləri yoxdur. Bu vəziyyət universitetimizə Türk dünyasından böyük maraq olmasına baxmayaraq, gələn tələbələrin sayının və bu prosesin sürətinin artmasına təəssüf ki, mane olur”.

Rektor vurğulayıb ki, Quzey Makedoniyanın və türk dövlətlərinin, heç olmasa fəxri konsulluqlar vasitəsilə qarşılıqlı nümayəndəliklər yaratması və ya nümayəndələr təyin etməsi bu gediş-gəlişin inkişafı baxımından son dərəcə əhəmiyyətlidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.