Press "Enter" to skip to content

Qafqaz sadəcə coğrafi məkan deyil

Prof.Dr. Abdullah Temizkan

BAYRAQDAR MEDİA – “Qafqaz sadəcə coğrafi məkan deyil. Tarix boyu bu region böyük dövlətlərin rəqabət meydanı olub. Bununla yanaşı, məhz burada onlarla xalq öz dilini, mədəniyyətini və ənənəvi həyat tərzini qoruyub saxlaya bilib”.

Bunu Şuşada keçirilən “Mədəni və etnik müxtəliflik: tarixdən dərslər, müasir çağırışlar” mövzusunda beynəlxalq konfransda Türkiyənin Egey Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun Türk Dünyası Tarixi kafedrasının müdiri, Prof. Dr. Abdullah Temizkan deyib.

O, qeyd edib ki, bu dayanıqlılığın sirri təkcə dağlıq relyefdə deyil, həm də insanın ətraf mühitlə ayrılmaz əlaqəsi əsasında formalaşmış xüsusi həyat tərzindədir: “Qafqazın dağ sakinləri yaşadıqları məkanı özlərinə tabe etdirməyə çalışmayıblar, onunla harmoniyada yaşamağı öyrəniblər. Dağlar, meşələr, aşırımlar və çaylar onlar üçün sadəcə təbii mühitin hissəsi deyil, tarixi yaddaşın və mədəni kimliyin ayrılmaz elementinə çevrilib. Məhz bu fonda Rusiyanın Qafqazda həyata keçirdiyi müstəmləkəçilik siyasətinin xarakterik xüsusiyyətləri daha aydın görünür”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.