Press "Enter" to skip to content

Təlim-məşq uçuşları – VİDEO

Təlim-məşq uçuşları

BAYRAQDAR MEDİA – Müdafiə nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “əvvəlcə uçuş heyətinin sağlamlıq vəziyyəti yoxlanılıb, təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra aviasiya vasitələrinə baxış keçirilib. Sonra təlim-məşq planına əsasən “JF-17C” (Block-III), “Su-25ML”, “Su-25” və “L-39” tipli təyyarələrlə praktiki uçuşlar yerinə yetirilib. Təlimlərdə pilotlar fərdi və qrup şəklində uçuşlar edərək hava məkanında qarşılıqlı fəaliyyət, şərti döyüş tapşırıqlarının və taktiki manevrlərin icrası, hədəflərin aşkarlanaraq məhv edilməsi, eləcə də xüsusi hallarda düzgün qərar qəbul etmə üzrə bacarıqlarını inkişaf etdiriblər”.

Sonra xəbərdə, “uçuş heyətinin döyüş hazırlığının və peşəkarlığının artırılması məqsədilə keçirilən təlim-məşqlərdə əsas diqqət müxtəlif meteoroloji və taktiki şəraitlərdə tapşırıqların dəqiq və təhlükəsiz icrasına, həmçinin aviasiya vasitələrinin döyüş tətbiqi imkanlarının təkmilləşdirilməsinə yönəldilib” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.