BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənov Baş direktoru və bir qrup hərbi qulluqçunu müxtəlif medallarla təltif edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə”, general-mayor Elmir İbrahimov “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli medalı, general-mayor Elnur Kazımov və polkovnik Teymur Məmmədov isə “Şücaətə görə” medalı ilə təltif olunublar”.






İlk şərhi yaza bilərsiniz