Press "Enter" to skip to content

Erdoğana sui-qəsd etmək istəyən FETÖ üzvü saxlanılıb

BAYRAQDAR MEDİA – Türkiyənin Daxili İşlər Nazirliyi 15 iyul çevriliş cəhdində Cümhurbaşqanı Recep Tayyip Erdoğana qarşı Marmarisdə təşkil olunan sui-qəsd qrupunda yer aldığı bildirilən və “qırmızı kateqoriya” üzrə axtarılan FETÖ üzvü Burkay Karatepenin saxlanıldığını açıqlayıb. Məlumata görə, əməliyyat Polis Baş İdarəsinin Kəşfiyyat İdarəsinin koordinasiyası ilə Afyonkarahisar və Eskişehir kəşfiyyat bölmələrinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib.

Bu barədə eskişehir.net saytı məlumat yayıb.

Bildirilib ki, şübhəlinin saxta şəxsiyyət vəsiqələri və başqalarına məxsus mobil telefon xətlərindən istifadə etdiyi müəyyən edilib: “Avqustun 1-də keçirilən əməliyyat zamanı o, gizləndiyi “hücrə evi”ndə saxlanılıb. Axtarış zamanı külli miqdarda qızıl-zinət əşyaları, xarici və yerli valyuta, kompüter, mobil telefonlar, USB yaddaş qurğuları, saxta sənədlər və təşkilata aid materiallar aşkarlanıb. Daxili İşlər Nazirliyi terror təşkilatı üzvlərinə qarşı əməliyyatların qətiyyətlə davam etdiriləcəyini vurğulayıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.