BAYRAQDAR MEDİA – Avqustun 3-də gənclər və idman naziri Fərid Qayıbov iyul ayı ərzində Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ötən ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Ardınca nazir idmançıları yüksək göstəriciləri münasibətilə təbrik edib və onlara gələcək yarışlarda müvəffəqiyyət arzulayıb. Görüş zamanı müxtəlif idman növləri üzrə idmançılar iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri medallar barədə ətraflı məlumat veriblər”.
Sonda F.Qayıbov idmançılara göstərdikləri yüksək nəticələrə görə təşəkkür edib, qarşıdakı yarışlarda hər birinə yeni qələbələr arzulayıb.






İlk şərhi yaza bilərsiniz