Press "Enter" to skip to content

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov V “Yüksəliş” müsabiqəsinin qalibləri Elnur Məmmədli və Kamran Ələsgərovla Mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı idarəçilikdə institusional yanaşmalar, strateji qərarların qəbulu prosesində prioritetlər, eləcə də iqtisadi transformasiya şəraitində rəhbər şəxslər üçün zəruri bilik və bacarıqlar barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, fərdi inkişaf planı çərçivəsində görülən işlər və əldə olunan nəticələr nəzərdən keçirilib, bu sahədə qazanılmış təcrübə dəyərləndirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.