BAYRAQDAR MEDİA – Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət Elit yığma komandasının üzvü Viktoriya Sidorenko Çinin “Pardus MK Women’s Cycling Team” komandasının heyətində “Xinjiang Production and Construction Corps” beynəlxalq turnirində uğurla çıxış edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Velosiped İdmanı Federasiyasından daxil olub.
Xəbərdə deyilir ki, “2 günlük yarışın birinci mərhələsində bütün rəqiblərini qabaqlayan Azərbaycan təmsilçisi növbəti gün fəxri kürsünün üçüncü pilləsinə qalxıb və ümumi təsnifatda 1-ci yeri tutub. Qeyd edək ki, V.Sidorenko Çin komandasının heyətində cari ilin 2-7 oktyabr tarixlərində Sloveniyada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq prosesi keçir”.






İlk şərhi yaza bilərsiniz