Press "Enter" to skip to content

Əlilliyi olan benefisiarlara master-klas

Əlilliyi olan benefisiarlara master-klas

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları IMEC Beynəlxalq Musiqi Mərkəzinin qonağı olublar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Sosial Xidmətlər Agentliyinin (SXA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “səfər çərçivəsində benefisiarlar üçün fortepiano (pianino), baraban və gitara ixtisasları üzrə master-klaslar təşkil edilib. Təlimlər zamanı iştirakçılar musiqi alətləri ilə yaxından tanış olub, onların yaranma tarixi, quruluşu, səslənmə xüsusiyyətləri və istifadə qaydaları barədə məlumatlandırılıblar. İnteraktiv formatda keçirilən master-klaslarda benefisiarlara musiqi alətlərini sınaqdan keçirmək və sadə ritmlər, melodiyalar ifa etmək imkanı yaradılıb”.

Sonra xəbərdə, “tədbir iştirakçıların musiqiyə marağının artırılmasına, yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına, sosial ünsiyyətinin və özünəinamının inkişafına müsbət təsir göstərib. Bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.