Press "Enter" to skip to content

Mədəniyyət və İncəsənət Festivalı böyük maraqla qarşılanıb

Festival zamanı

BAYRAQDAR MEDİA – Ardahanın Posof rayonunda ikinci dəfə təşkil olunan Mədəniyyət və İncəsənət Festivalı minlərlə insanın iştirakı ilə keçirilib. Rayonun istirahət məkanında təşkil edilən tədbirdə dövlət rəsmiləri, siyasi partiyaların nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.

Bu barədə ardahanhaber.com.tr saytı məlumat yayıb.

Bildirilib ki, festival çərçivəsində çıxış edən sabiq millət vəkili Safet Kaya birlik, həmrəylik və qardaşlıq mesajları verib, bölgəyə xidmətlərinə görə ona təşəkkür plaketi təqdim olunub.
Tədbirdə Grup Abdal başda olmaqla Mehmet Akbulut, Seda Okuyucu, Atacan Eprüzoğlu, Sahil Ekmekçi, Deniz Dark və Meltem Özcan konsert proqramı ilə çıxış ediblər. Gün ərzində xalq oyunları, halaylar və müxtəlif yarışlar təşkil olunub.

Festival “Ən gözəl buzov” müsabiqəsi və digər əyləncəli tədbirlərlə başa çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.