Press "Enter" to skip to content

Ekvadorda cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı

Ekvadorda cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı

BAYRAQDAR MEDİA – 20–23 avqust tarixlərində Ekvadorun Quayakil şəhərində cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Cüdo Federasiyasından daxil olub.

Xəbərdə deyilir ki, “Azərbaycan mötəbər yarışda 9 çəki dərəcəsində 14 idmançı (10 oğlan, 4 qız) ilə təmsil olunacaq. Kollektivə yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək”.

Dünya çempionatında 61 ölkədən 459 idmançı (242 oğlan, 217 qız) mübarizə aparacaq.

Qızlar

-40 kq
Sunay Salamova
Zəhra Quliyeva

-44 kq
Pərvin Sevxanlı

-48 kq
Könül Eyvazlı

Oğlanlar

-50 kq
Fərid Rzazadə

-55 kq
Fərid Xudiyev
İbrahim Talıbov

-66 kq
İlkin Qarayev

-73 kq
Yusuf Nəzər
Sadiq Məmmədov

-81 kq
Ayxan Həsənli
Yaqub Məmmədov

-90 kq
Ömər Axundov
Nurəddin Əliyev

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.