BAYRAQDAR MEDİA – “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsinin qalibi olaraq “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” adlı layihəni gerçəkləşdirir. Layihə Türk dünyasının həm tarixi-mədəni köklərini, həm hərbi-siyasi birliyini, həm də müasir strateji əməkdaşlıq istiqamətlərini bir platformada uşaq, yeniyetmə və gənclərə çatdırmaq məqsədi daşıyır.
Layihə çərçivəsində həmçinin “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” başlığı altında rəsm müsabiqəsi keçirilir.
CASCFEN-in Mətbuat xidmətindən verilən məlumata görə, müsabiqəyə təqdim edilən rəsmlər içərsindən seçilən 15 ən yaxşı rəsm oktyabrda keçiriləcək beynəlxalq konfrans günü foyede sərgilənəcək. Həmin 15 rəsmin müəllifindən 12-nə fəqrləndikləri üçün sertifikat, 3 daha yaxşı rəsm müəllifinə isə hədiyyə və xüsusi plaket təqdim ediləcək.
Xüsusi qeyd: Müsabiqəyə təqdim ediləcək rəsm əsərlərində “44 günlük Vətən müharibəsi”, “Şuşa zəfəri”, “Şuşa Bəyannaməsi”, “Bizim ailəmiz türk dünyasıdır”, “Bir millət iki dövlət”, “Yol verin Turan gəlir”, “Zəngəzurdan Turana” kimi mövzularına uyğun məqamlar öncüllük təşkil etməlidir. Ümumilikdə rəsmlər Türk Dünyası ruhunu özündə əkst etdirməlidir. Müsabiqədə iştirak üçün yaş həddi yoxdur.
Diqqət: Rəsm müsabiqəsi 5 avqust-20 sentyabr 2026-cı il tarixlərini əhatə edir. Müsabiqəyə rəsmlərin
qəbulu üçün son tarix 20.09.2026-cı ildir. Müsabiqə ilə bağlı ətraflı məlumat üçün bu mobil nömrə ilə əlaqə saxlamaq olar: +99455263994










İlk şərhi yaza bilərsiniz