BAYRAQDAR MEDİA – Türk Ocaqları Bilecik şöbəsinin İdarə Heyəti Bilecik Şeyx Edebali Universitetinin rektoru professor Zafer Asım Kaplancıklını ziyarət edib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, görüş zamanı vətəndaş cəmiyyəti ilə universitet arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb: “Nümayəndə heyəti Bilecikdə həyata keçirdikləri fəaliyyətlər və gələcək layihələr barədə rektora ətraflı məlumat verib. Tərəflər şəhərin mədəni inkişafına töhfə verəcək birgə elmi və mədəni tədbirlərin keçirilməsi imkanlarını da müzakirə ediblər. Görüşün sonunda Türk Ocaqları nümayəndələri səmimi qəbula və dəyərli fikirlərinə görə rektor Zafer Asım Kaplancıklıya təşəkkür edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar”. Ziyarət xatirə şəkli çəkdirilməsi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz