BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Abşeron Sosial Xidmət Mərkəzi (SXM) tərəfindən sosial reabilitasiya xidmətlərindən yararlanan əlilliyi olan uşaqlar və onların valideynləri üçün Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkına ekskursiya təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirin məqsədi ailələrin mənəvi dəstəklənməsi, uşaqların sosial fəallığının artırılması və asudə vaxtlarının səmərəli təşkili olub. Ekskursiya çərçivəsində uşaqlar üçün müxtəlif interaktiv məşğələlər, komanda oyunları və əyləncəli proqramlar təşkil edilib. Rəngarəng görüntülərlə yadda qalan bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur”.






İlk şərhi yaza bilərsiniz