BAYRAQDAR MEDİA – Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AFFA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “o, UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçiriləcək “İberia” (Gürcüstan) – “Larne” (Şimali İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq. Qarşılaşma Tbilisi şəhərində yerləşən “Mixail Mesxi” stadionunda keçiriləcək”.






İlk şərhi yaza bilərsiniz