BAYRAQDAR MEDİA – Avqustun 6-da gənclər və idman naziri Fərid Qayıbov Bakıda səfərdə olan Beynəlxalq Şahmat Federasiyası nümayəndə heyətini qəbul edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüşdə Azərbaycanda şahmatın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda keçirilən və keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları, eləcə də bu sahədə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub”.






İlk şərhi yaza bilərsiniz