Press "Enter" to skip to content

Azərbaycanla əlaqələrin inkişafı müzakirə olunub

Görüş zamanı

BAYRAQDAR MEDİA – Türkiyənin AK Parti Qars millət vəkili Adəm Çalkın və partiyanın Qars vilayət sədri Muammer Sancar Azərbaycanın Qarsdakı yeni baş konsulu Qoşqar Zeynalovla görüşüblər. Görüşdə Zeynalova yeni vəzifəsi münasibətilə təbriklər çatdırılıb və fəaliyyətində uğurlar arzulanıb.

Bu barədə karshakimiyet.com saytı məlumat yayıb.

Bildirilib ki, tərəflər Türkiyə-Azərbaycan münasibətlərini və Karsla bağlı məsələləri müzakirə ediblər.
Adəm Çalkın Azərbaycanla bütün sahələrdəki əlaqələrə böyük əhəmiyyət verdiklərini və bu münasibətləri Qars üçün strateji hesab etdiklərini bildirib.

Görüş iki ölkə arasında mövcud əməkdaşlığın yerli səviyyədə də inkişaf etdirilməsi imkanlarının müzakirəsi ilə yadda qalıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.