Press "Enter" to skip to content

Rektor Baş konsul ilə görüşüb

Görüşdən foto

BAYRAQDAR MEDİA – Ardahan Universitetinin rektoru Prof. Dr. Öztürk Emiroğlu Azərbaycanın Qarsdakı yeni baş konsulu Qoşqar Zeynalovu vəzifəyə təyin olunması münasibətilə ziyarət edib. Görüşdə rektor baş konsula yeni vəzifəsində uğurlar arzulayıb.

Universitetin məlumatına görə, tərəflər Türkiyə ilə Azərbaycan arasındakı tarixi və dostluq münasibətlərini vurğulayıb, qarşıdakı dövr üçün institusional əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Baş konsul Qoşqar Zeynalov səfərdən məmnunluğunu ifadə edərək rektora təşəkkür edib. Görüş xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.