BAYRAQDAR MEDİA – Anadolunun türk yurdu kimi möhkəmlənməsində mühüm rol oynayan Miryokefalon Zəfərinin 850-ci ildönümü Türkiyənin Çivril şəhərində geniş proqramla qeyd olunub.
Bu barədə denizlikenthaber.com saytı məlumat yayıb.
Məlumata görə, tədbirdə Denizli valisi Yavuz Selim Köşger çıxış edərək Miryokefalon döyüşünün tarixi əhəmiyyətini vurğulayıb və Çivrilə Zəfər Muzeyinin qazandırılacağını açıqlayıb. Köşger döyüşün Çivrilin Kufi boğazında baş verdiyini elmi əsaslarla araşdırmaq üçün xüsusi elmi heyətin yaradıldığını bildirib.
Tədbir çərçivəsində xatirə medalyonları və plaketlər təqdim edilib, mehteran, xalq oyunları, güləş və ənənəvi oxatma nümayişləri keçirilib.
Proqram Miryokefalon Zəfərinin tarixi irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyinin vurğulanması ilə davam edib.






İlk şərhi yaza bilərsiniz