Press "Enter" to skip to content

“Dəbilqəsiz yola çıxma” ictimai maarifləndirmə kampaniyası

“Dəbilqəsiz yola çıxma” ictimai maarifləndirmə kampaniyası

BAYRAQDAR MEDİA – Gənclər və İdman Nazirliyi (GİN) ilə Daxili İşlər Nazirliyi (DİN) yol təhlükəsizliyinə həsr olunan birgə maarifləndirmə kampaniyasına başlayır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya GİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “kampaniyada əsas çağırış skuter, velosiped və motosiklet istifadəçilərinə ünvanlanıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dəbilqədən düzgün istifadə kəllə-beyin zədəsi riskini 74 faiz, ağır baş xəsarəti riskini 60 faiz azaldır. Məqsəd dəbilqə istifadəsini hər bir sürücü üçün gündəlik qaydaya çevirmək və onun təhlükəsizlikdəki rolunu vurğulamaqdır. Kampaniyaya qoşulan Azərbaycan idmanının tanınmış simaları öz mesajları ilə xatırladırlar: idmanda olduğu kimi, yolda da diqqət, intizam və düzgün qərar həyati əhəmiyyət daşıyır”.

Qeyd edək ki, təşəbbüs BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisinin mandatı çərçivəsində həyata keçirilən qlobal yol hərəkəti təhlükəsizliyinə həsr olunan “Make A Safety Statement” kampaniyasından ilham alınaraq hazırlanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.