KKTC-nin Masa Tennis Federasiyası Balkan Birliyinə müşahidəçi üzv qəbul edilib
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Masa Tennis Federasiyası Balkan Masa Tennis Birliyinin qurultayında keçirilən səsvermə nəticəsində müşahidəçi üzv statusu qazanıb. Bu qərarla KKTC masa tenisi icması beynəlxalq idman təşkilatında institusional səviyyədə iştirak imkanı əldə edib.
Bu barədə kibristurk.com saytı məlumat yayıb.
Məlumata görə, Türkiyə Masa Tennis Federasiyasının rəhbəri Kerim Koç qərarı KKTC idman ictimaiyyəti və idmançıları üçün mühüm addım kimi qiymətləndirib. O, Türkiyənin uzun müddətdir dəstəklədiyi prosesin belə nəticələnməsindən məmnunluğunu ifadə edib.
Qərar KKTC-nin beynəlxalq idman mühitində institusional iştirakına dair mühüm hadisə kimi təqdim olunub.






İlk şərhi yaza bilərsiniz