BAYRAQDAR MEDİA -İqtisadiyyat nazirinin müavini Anar AxundovGoranboy şəhərində Gəncə-Daşkəsən iqtisadi rayonundafəaliyyət göstərən sahibkarlarla görüşüb. Görüşdə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasətə uyğun olaraq özəl sektorun daha da gücləndirilməsi, sahibkarların investisiya və istehsal fəaliyyətinin təşviqi, regionlarda iqtisadi fəallığın artırılması məqsədilə dövlət dəstəyi tədbirlərinin əhatə dairəsi genişləndirilir. Bu istiqamətdə yeni mexanizmlər tətbiq olunur. Sahibkarlar yaradılmış əlverişli biznes mühitindən səmərəlişəkildə yararlanmağa, yeni təşəbbüslərini reallaşdırmağa dəvət olunublar.
Qeyd olunub ki, Gəncə-Daşkəsən iqtisadi rayonunun mövcud iqtisadi potensialından daha optimal istifadə edilməsi, xüsusilə kənd təsərrüfatı məhsulları və sənaye istehsalının, həmçinin xidmət sahələrinin genişləndirilməsi, əlavə dəyər yaradan və ixracyönümlü istehsal xətlərininformalaşdırılması regionun iqtisadi inkişafına mühüm töhfə verə bilər.
Tədbirdə sahibkarlar üçün biznesə yeni dövlət dəstəyi mexanizmlərinin tətbiqi və genişləndirilməsi, həmçinin sənaye və investisiya layihələrinin təşviqi imkanları ilə bağlı təqdimat keçirilib.
İxracda daşıma xərclərinin kompensasiyası üzrə: Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı çəkilən daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən qarşılanır. Sahibkarlara ödənilən dəstəyin məbləği ixracda istifadə olunacaq nəqliyyatın növünə görə nəqliyyat xərci və gömrük dəyəri əsasında müəyyən edilir. Yeni mexanizm bu ilin sentyabrın 1-dən etibarən 10 il müddətində tətbiq olunacaq.Mexanizm yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, logistika xərclərinin azaldılmasına, ixrac coğrafiyasının genişləndirilməsinə xidmət edir.
Gömrük rəsmiləşdirmə xərclərinin kompensasiyası üzrə: Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracının genişlənməsi məqsədilə gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanır. Dəstəkdən mikro, kiçik və orta sahibkarlıq subyektləri olan ixracatçılar yararlana bilərlər. Bu ilin sentyabrın 1-dən tətbiq olunan mexanizm 5 il müddətində qüvvədə olacaq.
Kreditlərə təminat və faiz subsidiyası mexanizminin təkmilləşdirilməsi üzrə: Sahibkarların maliyyələşmə imkanlarını artırmaq, xüsusilə investisiya layihələrinin həyata keçirilməsi prosesini asanlaşdırmaq məqsədilə kredit zəmanəti və faiz subsidiyası mexanizmi təkmilləşdirilib. Bu mexanizmə əsasən sahibkarlara kredit faizlərinin 50 faizi həcmində subsidiya verilir. Subsidiyanıntətbiqi Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazilərini əhatə edir.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə verilən kreditlərin əsas borcunun 90 faizədək, digər regionlarda isə (Bakı və Abşeron istisna olmaqla) 50 faizədək hissəsinə dövlət zəmanəti təqdim olunur. Yeni dəstək mexanizmi regionlarda investisiya fəallığının artmasına, sahibkarların maliyyə yükünün azalmasına və qeyri-neft-qaz sektorunun inkişafına əlavə stimul verir.
Sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulması mexanizmi üzrə: 2027-2030-cu illərdə tətbiq olunacaq mexanizmə əsasən yeni sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulması zamanı sahibkarın ödədiyi qoşulma haqqının 50 faizi dövlət tərəfindən qarşılanacaq.
Strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrası üzrə: Strateji investisiya layihələrinin daha operativ reallaşdırılması və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə yaradılmış Komissiya tərəfindən iri layihələrin vahid pəncərə prinsipi ilə sürətləndirilmiş qaydada icrası təmin ediləcək. Yeni yanaşmanın layihələrin icra müddətini təxminən 30-40% qısaltması gözlənilir.
Bu mexanizmlərin sahibkarların biznes xərclərinin azaldılması, yeni investisiyaların təşviqi, ixracın stimullaşdırılması və regionlarda iqtisadi fəallığın artırılmasına mühüm imkanlar yaratdığı vurğulanıb.
Görüşdə biznes nümayəndələrinin təklif və təşəbbüsləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.






İlk şərhi yaza bilərsiniz