Press "Enter" to skip to content

Regionlarda 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində indiyədək respublikamızın regionlarında 93 min şəxs üçün kiçik ailə təsərrüfatları yaradılıb.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, ümumilikdə ölkə üzrə isə 115 mindən çox şəxs özünüməşğulluq proqramı ilə əhatə olunaraq, proqramın dəstəyi kiçik bizneslərini qurub. Özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərə mal və materiallar formasında istehsal, kənd təsərrüfatı və xidmət sahələri üzrə 30-dan çox iqtisadi fəaliyyət sahəsi üzrə mal və materiallar formasında aktivlər təqdim olunur.

Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə edilməsi üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri uğurla bitirənlər biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.