Press "Enter" to skip to content

DSMF Beyləqan rayonunda ictimai dinləmə keçirib

Dövlət Sosial Müdafiə Fondu

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu növbəti ictimai dinləməni Beyləqan rayonunda təşkil edib.

Rayon ictimaiyyəti, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi görüşdə Fondun fəaliyyət istiqamətləri və vətəndaşların sosial təminat hüquqları barədə məlumat verilib.

Görüşdə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlərdən də bəhs edilib. Pensiya, sosial müavinətlər və təqaüdlə bağlı təqdimatlar olub. Bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi, təyinat şərtləri barədə məlumat verilib.

Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və vətəndaşlarla belə görüşlərin keçirilməsinin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.