Press "Enter" to skip to content

Oman heyəti “Bakı KOB evi”ndə olub

KOBİA

BAYRAQDAR MEDİA – Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun (RIYADA) nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub.

KOBİA-dan verilən məlumata görə, RIYADA-nın sədri Halima Al Zarinin rəhbərlik etdiyi heyət KOB evində sahibkarlara xidmətin göstərilməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub, “G2B” və “B2B” xidmətlərin təşkili ilə bağlı fikir mübadiləsi aparıb. Nümayəndə heyətinə məlumat verilib ki, KOB evlərində sahibkarlara müxtəlif dövlət və özəl qurumların xidmətlərinin vahid məkanda təqdim olunması onların vaxtına və əməliyyat xərclərinə qənaət etməyə, xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan verir. Hazırda KOB evləri Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Ümumilikdə KOB evlərində sahibkarlara 35 dövlət qurumu tərəfindən 300-dən çox “G2B” və 13 özəl təşkilat tərəfindən 160 “B2B” xidmət təqdim olunur.

Həmçinin RIYADA nümayəndə heyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi ilə görüşüb. Görüşdə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı və dövlət dəstəyi alətləri barədə məlumat verilib, KOB-ların inkişafı üzrə həyata keçirilən siyasət və təcrübə, eləcə də KOB sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.