BAYRAQDAR MEDİA – Anadolu Universitetinin Dövlət Konservatoriyasının Türk Musiqisi Bölməsinin “Anadolu Makam Ensemble” kollektivi 2026-cı il Yay Akademiyasının bağlanışında konsert proqramı təqdim edib. Layihə Münster Universiteti və İstanbul Şərqşünaslıq İnstitutunun əməkdaşlığı ilə həyata keçirilən Osmanlı Musiqisi Arxivi layihəsi çərçivəsində təşkil olunub.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, professor Esra Berkmanın rəhbərliyi ilə keçirilən iki günlük seminarda dünyanın müxtəlif ölkələrindən 22 iştirakçı Osmanlı məqam musiqisinin tarixi ifa xüsusiyyətlərini araşdırıb. Konsertdə altı əsər səsləndirilib, “Saba Murassa Peşrev” və “Beste-Isfahan Peşrev” əsərləri isə ilk dəfə ifa olunub.
Proqramda 79 tonlu səs sistemi və Sajital notasiyadan istifadə etməklə məqam musiqisində səs və pərdə yüksəkliklərinin dəqiq təqdimatı üzərində iş aparılıb.






İlk şərhi yaza bilərsiniz